DataLife Engine > Kriminal > Adam öldürən 27 yaşlı azərbaycanlı axtarılır -

Adam öldürən 27 yaşlı azərbaycanlı axtarılır -


21-11-2017, 23:23. Yerləşdirdi: sefa Adam öldürən 27 yaşlı azərbaycanlı axtarılır -
İnterpol daha bir azərbaycanlını axtarışa verib.

“Xalqinfo”nun Trend-ə istinadən məlumatına görə, 1990-cı il təvəllüdlü İbrahim Muxtarov qəsdən adam öldürməkdə təqsirləndirilib.

Hüquq-mühafizə orqanları tərəfindən İ.Muxtarov barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.

Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün Azərbaycan məhkəmə orqanı onun barəsində həbs qətimkan tədbiri seçib və axtarış elan edib.

İnterpol həmin qərar əsasında İ.Muxtarovu beynəlxalq axtarışa verib.
Geri qayıt