DataLife Engine > Kriminal > Bakıda səfirliklərin maşınları toqquşdu

Bakıda səfirliklərin maşınları toqquşdu


13-11-2017, 19:42. Yerləşdirdi: sefa Bakıda səfirliklərin maşınları toqquşdu
Bakıda iki səfirlik maşını toqquşub.

Xalqinfo.az-ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, 28 May küçəsi 39 ünvanında qeydə alınıb.

Rumıniyanın Bakıdakı səfirliyinə məxsus “Audi” markalı maşın Çexiya səfirliyinə məxsus “Volkswagen” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.


Geri qayıt