DataLife Engine > Kriminal > Səkkizinci dəfə həbs olundu

Səkkizinci dəfə həbs olundu


13-11-2017, 15:55. Yerləşdirdi: sefa Səkkizinci dəfə həbs olundu
Nizami rayonunda 7 dəfə məhkum olunan şəxsin üzərindən 1 kiloqram 805 qram qurudulmuş marixuana aşkar edilib.

Daxili İşlər Nazirliyindən Xalqinfo.az-a verilən məlumata görə, Astara rayon sakini Rüfət Qurbanovun üzərinə baxış zamanı ümumi çəkisi 1 kiloqram 805 qram qurudulmuş marixuana aşkar edilib.

O, narkotik vasitə aludəçisi olduğunu və narkotik tərkibli bitkiləri Astara rayonundan paytaxta gətirdiyini bildirib. Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Geri qayıt