DataLife Engine > Kriminal > Bakıda siqaret üstündə 2 nəfəri bıçaqladılar

Bakıda siqaret üstündə 2 nəfəri bıçaqladılar


29-10-2014, 09:27. Yerləşdirdi: Tural Bakıda siqaret üstündə 2 nəfəri bıçaqladılar
Bakının Xətai rayonunda gənclər arasında kütləvi dava baş verib. Hadisə rayonun Süleyman Vəzirov 41 ünvanında qeydə alınıb. Şabran rayon sakinləri 24 yaşlı Təhməz Məcidov və onun dostu 22 yaşlı Sevdi Cumayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar.

Hadisə barədə Xətai rayon polis idarəsinin 37-ci polis bölməsinə məlumat verilib. Dərhal hadisə yerinə cəlb olunan polislər araşdırmalara başlayıb. Zərərçəkənlərin və hadisə şahidlərinin izahatları alınıb. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şabran rayon sakini 22 yaşlı Nürəddinov Əfrail Teyyub oğlu və onun qardaşı 21 yaşlı Səxavət saxlanılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, hadisədən əvvəl qardaşlar Təhməz və Sevdiyə yaxınlaşaraq onlardan siqaret istəyiblər. Zərərçəkənlər siqaretin olmadığını bildirəndə onlar arasında mübahisə yaranıb. Bu zaman Əfaril və Səxavət Nurəddinovlar əllərini bıçağa atıblar. Cinayəti törətdikdən sonra isə hadisə yerini tərk ediblər.

Faktla bağlı Xətai rayon polis idarəsində cinayə işi başlanılıb araşdırmalar davam edirilir.ans press
Geri qayıt