DataLife Engine > Kriminal, BLOK XƏBƏR, MANŞET > Lənkəranskinin qətlində adı hallanan şəxs güllələndi

Lənkəranskinin qətlində adı hallanan şəxs güllələndi


12-09-2017, 17:15. Yerləşdirdi: sefa Lənkəranskinin qətlində adı hallanan şəxs güllələndi
Gürcüstanda azərbaycanlı öldürülüb.

“Xalqinfo” gürcü KİV-nə istinadən xəbər verir ki, hadisə paytaxt Tbilisinin Аbanotuban rayonunda baş verib. Məlumata görə, güllələnən kişinin meyiti “Toyota” markalı avtomobildə tapılıb.

Şahidlərin sözlərinə görə, restorandan çıxan iki kişi daha sonra bir-birinə 8 dəfə atəş açıb. Qətli törədən hadisə yerindən qaçıb. İstintaq orqanlarından bildirilir ki, hələlik kimliyi dəqiqləşdirilməyən cəsədin azərbaycanlıya aid olduğu güman edilir. O, Rusiyada adam öldürdüyünə görə axtarışdadır.

***

"Qafqazinfo" “Rustavi 2” kanalına istinadən xəbər verir ki, öldürülən şəxs Rusiyanın kriminal avtoritetlərindən olan 1975-ci il təvəllüdlü Elçin Məmmədovdur. Kanalın yaydığı məlumata görə, Tbilisidə ötən gün baş verən qətl hadisəsi Rövşən Lənkəranski cinayəti ilə əlaqəlidir.
Geri qayıt