DataLife Engine > Kriminal > Həbsdə olan polkovnikə 12 il cəza istədilər

Həbsdə olan polkovnikə 12 il cəza istədilər


12-09-2017, 13:58. Yerləşdirdi: sefa Həbsdə olan polkovnikə 12 il cəza istədilər
Özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək, onlarla vətəndaşdan işə düzəltmək adı ilə külli miqdarda pul alan şəxsin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam edib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı Əlövsət Məhərrəmovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bildirək ki, 2015-ci ilin fevral ayında həbs edilən Əlövsət Məhərrəmov özünü FHN polkovniki kimi təqdim etsə də o, əslində “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının rəisi vəzifəsində çalışıb. Onun həbsindən sonra “Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyinin göstərişi ilə adı çəkilən qərargah ləğv edilib.

Onun vətəndaşları aldatması halları isə 2014-cü ilin sonlarında edilən çoxsaylı şikayətlərdən sonra məlum olub. Ə.Məhərrəmov ötən ilin fevralında həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Nəsimi Rayon Məhkəməsində Ə.Məhərrəmov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan həbs qətimkan tədbirinin müddəti uzadılıb. Bu iş üzrə zərərçəkmişlərin sayının 90 nəfərə yaxın olduğu bildirilir.
Geri qayıt