DataLife Engine > Kriminal > Goranboyda ağır yol qəzasında 7 nəfər xəsarət alıb -

Goranboyda ağır yol qəzasında 7 nəfər xəsarət alıb -


12-09-2017, 13:39. Yerləşdirdi: sefa Goranboyda ağır yol qəzasında 7 nəfər xəsarət alıb -
Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Abbasqulular kəndində qeydə alınan qəzada 7 nəfər xəsarət alıb.

Belə ki, 1973- cil təvəllüdlü Razim Nəcəfqulu oğlu Nəcəfovun idarə etdiyi "VAZ-2015" markalı avtomobil qarşı tərəfdən gələn, Goranboy rayon sakini, 1951-ci il təvəllüdlü Eldar Hüseyn oğlu Xəlilovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü və "Mercedes" markalı maşında olan sürücünün ailə üzvləri xəsarət alıblar.

Yaralılar:

1951-ci il təvəllüdlü Eldar Hüseyn oğlu Xəlilov,
1980-ci il təvəllüdlü Elnarə Sərdar qızı Xəlilova,
2005-ci il təvəllüdlü Gülşanə Eldar qızı Xəlilzadə,
2011-ci il təvəllüdlü Cəsur Eldar oğlu Xəlilzadə,
1971-ci il təvəllüdlü Aybəniz Fabrəddin qızı Nəbiyeva,
1973- cil təvəllüdlü Razim Nəcəfqulu oğlu Nəcəfov,
1957-ci il təvəllüdlü Kifayət Səfər qızı Qasımlı Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
Geri qayıt