DataLife Engine > Kriminal, BLOK XƏBƏR, MANŞET > İş adamının oğlu “Range Rover”lə qəzaya düşüb - Ağır yaralı var

İş adamının oğlu “Range Rover”lə qəzaya düşüb - Ağır yaralı var


18-08-2017, 12:29. Yerləşdirdi: sefa İş adamının oğlu “Range Rover”lə qəzaya düşüb - Ağır yaralı var
Ötən gecə Şamaxı rayonunda ağır yol qəzası baş verib.

"Xalqinfo" Oxu.Az-a istinadən xəbər verir ki, sonu 009-la bitən qara rəngli "Range Rover" markalı avtomaşının sürücüsü Mustafa İsmayılov idarəetməni itirərək qəzaya uğrayıb.

Onun Gəncə istiqamətindən gəldiyi xəbər verilir.

Qəza nəticəsində avtomobildə olan xanım sərnişin ağır xəsarət alıb və Bakıdakı klinikaların birinə yerləşdirilib.

Məlumata görə, Mustafa İsmayılovun atası Azərbaycanda və Rusiyada tanınmış iş adamıdır.

Hadisənin ictimaiyyətdən gizlədildiyi bildirilir.
Geri qayıt