DataLife Engine > Kriminal > Televiziyanı qarət edən şəxs ölkədən qaçarkən tutuldu

Televiziyanı qarət edən şəxs ölkədən qaçarkən tutuldu


16-07-2017, 23:00. Yerləşdirdi: sefa Televiziyanı qarət edən şəxs ölkədən qaçarkən tutuldu
Televiziyanı qarət edən şəxs ölkədən çıxarkən saxlanılıb.

Xalqinfo.az Lent.az-a istinadən xəbər verir ki, bu ilin martında Xətai rayonunda yerləşən “Ailə TV” kabel televiziyası xidmətinin ofisinə silahlı basqın edərək oranın gözətçisi Hüseyn Dünyamalıyevə xəsarət yetirib daha sonra içərisində 3560 manat olan seyfi, eləcə də gözətçinin mobil telefonunu və 150 manat pulunu aparan şəxslərdən daha biri tutulub.

Məlumata görə, Gürcüstan vətəndaşı, 1995-ci il təvəllüdlü Kambar Asif Ramiz oğlu Qazax rayonu ərazisində - “Qırmızı Körpü” buraxılış məntəqəsindən qonşu ölkəyə keçmək istəyərkən saxlanılıb.

Qeyd edək ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü Kamran İsmayılov daha əvvəl tutularaq istintaqa təhvil verilib.

Bildirilir ki, məlum cinayətlə bağlı daha bir nəfər də axtarışdadır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Geri qayıt