DataLife Engine > Kriminal > Bakıda uzun müddət axtarılan qadın tutuldu

Bakıda uzun müddət axtarılan qadın tutuldu


12-09-2014, 12:09. Yerləşdirdi: Tural Bakıda uzun müddət axtarılan qadın tutuldu
Bakıda axtarışda olan qadın yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsindən ans press-ə verilən məlumata görə, əməliyyat Binəqədi rayon Polis İdarəsi 7-ci polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində uzun müddət axtarışda olan Fərqanə Mehdiyeva tutulub.

Qeyd edək ki, Fərqanə Mehdiyeva bir neçə oğurluqda ittiham olunur. O, Azərbaycan Cinayət Məcəlləsinin 177-ci maddəsilə axtarışda olub.
Geri qayıt