DataLife Engine > Kriminal > Şirvanda traktor dərəyə yuvarlandı

Şirvanda traktor dərəyə yuvarlandı


5-03-2017, 15:20. Yerləşdirdi: Leyla Şirvanda traktor dərəyə yuvarlandı
Şirvan şəhərində traktorun aşması nəticəsində sürücü ağır yaralanıb.

“Xalqinfo” APA-ya istinadən xəbər verir ki, traktor Kür çayı üzərindəki körpüyə qalxan zamanı idarəetməni itirib və dərəyə yuvarlanıb. Nəticədə ağır yaralanan sürücü, Sabirabad rayonunun Qaratuğay kənd sakini, 1976-cı il təvəllüdlü Əhmədov Şəmistan Valeh oğlu Şirvan şəhər Xəstəxanasına çatdırılıb və əməliyyat olunub.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Leyla Həsənova
Geri qayıt