DataLife Engine > Kriminal, BLOK XƏBƏR, MANŞET > DİN və DTX Qəbələdə əməliyyat keçirdi - Dini ədəbiyyatlarla bağlı

DİN və DTX Qəbələdə əməliyyat keçirdi - Dini ədəbiyyatlarla bağlı


3-02-2017, 13:49. Yerləşdirdi: sefa DİN və DTX Qəbələdə əməliyyat keçirdi - Dini ədəbiyyatlarla bağlı

Daxili İşlər Nazirliyi (DİN) Qəbələdə qanunsuz dini ədəbiyyatlarla bağlı əməliyyat keçirilməsi barədə məlumat yayıb.

Xalqinfo”nun məlumatına görə, DİN-in Qəbələ RPŞ və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də Bum qəsəbə sakinləri Gülsurə Əliyevanın, Mahir Musayevin və Əfqan Aslanovun evlərindən ümumilikdə dini təyinatlı 92 ədəd kitab, 13 ədəd jurnal, 4 ədəd qeyd dəftəri, 51 ədəd CD və DVD disklər, 5 ədəd yaddaş kartı, eyni zamanda, 1 ədəd kustar üsulla hazırlanmış tüfəng, 12 ədəd patron və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru
Geri qayıt