DataLife Engine > Kriminal > Müştəri gözləyən taksi sürücüsünü maşın vurub öldürdü

Müştəri gözləyən taksi sürücüsünü maşın vurub öldürdü


12-01-2017, 10:40. Yerləşdirdi: sefa Müştəri gözləyən taksi sürücüsünü maşın vurub öldürdü

Bakıda avtomobil taksi sürücüsünü vuraraq öldürüb.

Xalqinfo”nun Report-a istinadən xəbərinə görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Teymur Əliyev küçəsində "Mercedes" markalı avtomobil yol kənarında dayanan Cəsarət İsayevi vurub. Zərbə nəticəsində yıxılan C.İsayevin baş nahiyəsi asfalta çırpılıb və ölüb.

Qeyd edək ki, C.İsayev taksi fəaliyyəti ilə məşğul olub. Hadisə zamanı o, yol kənarında dayanıb müştəri gözləyirmiş.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Hadisəni törədən sürücü saxlanılıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt