DataLife Engine > Kriminal > Satıcının cibində pul olan gödəkçəsini soyundurub apardılar

Satıcının cibində pul olan gödəkçəsini soyundurub apardılar


11-01-2017, 17:09. Yerləşdirdi: sefa Satıcının cibində pul olan gödəkçəsini soyundurub apardılar

Bakıda soyğunçuluq hadisəsi baş verib.

XalqinfoDaxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 9-da Yasamal rayonunun A.Şərifzadə küçəsindəki meyvə-tərəvəz mağazalarından birində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əfsun Ələkbərov və Şahin Zöhrabov soyğunçuluq yolu ilə orada satıcı işləyən Sabirabad rayon sakini Amil Sayılovun cibində 381 manat pul olan gödəkçəsini soyundurub aparıblar.

Yasamal RPİ 29-cu PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşları tərəfindən görülmüş tədbirlərlə Ə.Ələkbərov və Ş.Zöhrabov tutulublar.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt