DataLife Engine > Kriminal > Xətaidə qəza, yaralanan var -

Xətaidə qəza, yaralanan var -


11-01-2017, 17:04. Yerləşdirdi: sefa Xətaidə qəza, yaralanan var -

Xətai rayonunda yol qəza hadisəsi olub.

Xalqinfo” ARB TV-yə istinadən xəbər verir ki, Nobel prospektində “Toyota” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Zərbə güclü olduğundan “Toyota” yol kənarındakı səkiyə çırpılıb. Nəticədə sürücü xəsarət alıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar. Onların səyi nəticəsində avtomobildə sıxılaraq qalan sükan sahibi oradan çıxarılaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.

Baş verən hadisə ilə bağlı prospektdə bir müddət tıcax yaransa da, sonradan bu vəziyyət aradan qaldırılıb.




Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt