DataLife Engine > Kriminal > Azərbaycandan 1,15 milyon apararkən tutuldular

Azərbaycandan 1,15 milyon apararkən tutuldular


11-01-2017, 16:49. Yerləşdirdi: sefa Azərbaycandan 1,15 milyon apararkən tutuldular

Gömrük nəzarətindən gizlədilən 1 milyon 150 min Rusiya rublu aşkar edilib.

Xalqinfo”nun Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Samur” gömrük postundan keçməklə Azərbaycandan Rusiya istiqamətinə gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Nəticədə həmin vətəndaşın üzərində, yoxlamadan əvvəl gömrük bəyannaməsində göstərilməmiş 1 milyon 150 min Rusiya rublu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Azərbaycandan 1,15 milyon apararkən tutuldular
Geri qayıt