DataLife Engine > Kriminal > Bakıda məscidi yandıranın ailəsi də izlənilib

Bakıda məscidi yandıranın ailəsi də izlənilib


10-01-2017, 21:41. Yerləşdirdi: sefa Bakıda məscidi yandıranın ailəsi də izlənilib

Ləğv edilmiş MTN-in generallarının qanunsuz dinləmələri zamanı hədəf olan şəxslər ictimaiyyətdə maraq doğurub.

Xalqinfo”nun verdiyi xəbərə görə, telefon danışıqları dinlənildiyi üçün zərərçəkmiş kimi tanınan şəxslərin əksəriyyəti sahibkar və ya vəzifəli şəxs olsa da, onlardan biri də sıravi vətəndaşdır. Bu şəxs təxminən 2 il öncə Qaraçuxur qəsəbəsində məsciddə yanğın və partlayış törətməkdə təqsirləndirilənlərdən biri Elnur Ələkbərovun atalığı Oktay Tağıyevdir.

İstintaq materiallarından bəlli olur ki, ailənin qaldığı evi Elnur Ələkbərov özü kirayələyib və görünür MTN oğluna görə bütün ailənin istifadəsində olan ev telefonunu dinləyib. Lakin bu dinləmə qanunsuz olaraq məhkəmə qərarı olmadan həyata keçirilib.

O.Tağıyev istintaqa ifadəsində deyib ki, 1998-ci ildə rəsmi nikahda olduğu Məmmədova Mətanət Şamil qızı ilə ayrılıb və birgə nikahdan 2 qız və 1 oğlan övladları olub: “Ayrılanda yaşadığımız evi ailəmə verib çıxdım. 2001-ci ildə Sevda Ələkbərova ilə evləndim, Sevdanın 1 qız və 1 oğlan övladı var id. 2011-ci ildən 7-ci mikrorayonda 3 otaqlı evdə kirayədə yaşayırıq. Həmin evdə mənim və ailəmin istifadəsində 563-27-** nömrəli telefon olub. Bu evi Sevdanın oğlu Elnur Ələkbərov makler vasitəsilə tapıb. Evdə Sevda, Elnur və onun arvadı Şəlalə ilə yaşayırdıq. Həmin evdən 2016-cı ilin avqust ayında çıxmışıq. Elnur qapı təmiri ilə məşğul olurdu, 2014-cü ilin 26 noyabr tarixindən tutuldu. O, dostu Namiq adlı şəxslə birlikdə yeyib-içdikdən sonra taksi ilə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən məscidə gedib və avtomobil məscidin yaxınlığında saxladıqdan sonra Namiq maşından düşərək məscidə girib. Namiq orada yanğın törədib, hadisədən 2 gün sonra isə Elnurun üzərindən tapança aşkar edildiyi üçün saxlanılıb. MTN-də Elnurun barəsində istintaq aparılıb”.

Qeyd edək ki, E.Ələkbərov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib. Onunla birgə cinayəti törədən Namiq Nəsibov isə psixi xəstəlik adı ilə müalicəyə göndərilib.

E.Ələkbərov məhkəmədə 2007-ci ilə kimi MTN-də işlədiyini deyib. O, hadisə ilə bağlı deyib ki, N.Nəsirov məscidi yandıranda maşında gözləyib: “Tək günahım hüquq-mühafizə orqanlarına məlumat verməmək olub”.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt