DataLife Engine > Kriminal > İmişlidə oğul anasını öldürdü

İmişlidə oğul anasını öldürdü


9-08-2014, 13:52. Yerləşdirdi: test İmişlidə oğul anasını öldürdü

İmişlidə ailə faciəsi yaşanıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, ağır qətl hadisəsi avqustun 8-də qeydə alınıb.

İmişli rayonunun Qaralar kəndində əvvəllər məhkum olunmuş Etibar Məmmədov yaşadığı evdə anası Gövhərə və qardaşı arvadı Tünzaləyə bıçaqla xəsarət yetirib.

Hadisə ailə-məişət münaqişəsi zəminində baş verib. Ailə üzvlərini yaralayan şəxs hadisə yerini tərk edib.

Nəticədə E.Məmmədovun anası hadisə yerində ölüb. Tünzalə xəstəxanaya yerləşdirilib.

İmişli RPŞ əməkdaşları tərəfindən E.Məmmədov tutulub.
Geri qayıt