DataLife Engine > Kriminal, BLOK XƏBƏR, MANŞET > İtkin düşən qızı qardaşı öldürübmüş... - Lənkəranda şok qətl

İtkin düşən qızı qardaşı öldürübmüş... - Lənkəranda şok qətl


4-01-2017, 11:31. Yerləşdirdi: sefa İtkin düşən qızı qardaşı öldürübmüş... - Lənkəranda şok qətl

Lənkəran rayonunda 4 il əvvəl itkin düşən bacının qardaşı tərəfindən qətlə yetirildiyi məlum olub.

"Xalqİnfo" report-a istinadən xəbər verir ki, hadisə rayonun Nərimanabad 1 qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Ağayev Fuad Polad oğlu itkin düşən bacısı Təranə Ağayevanın öldürülməsində şübhəli şəxs qismində saxlanılıb.

F.Ağayev hüquq-mühafizə orqanlarına ifadəsində bacısı 1988-ci il təvəllüdlü T.Ağayevanı ailə münaqişəsi zəminində öldürdüyünü və meyidi Nərimanabad 1 qəsəbəsində yaşayış yeri olmayan ərazidə basdırdığını etiraf edib.

Yanvarın 4-də Lənkəran Rayon Prokurorluğunun əməkdaşlarının iştirakı ilə T.Ağayevanın meyidi basdırıldığı yerdən ekskumasiya olunacaq və ekspertizaya göndəriləcək.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt