DataLife Engine > Kriminal > Vəkil İlham Qasımova bəraət istədi

Vəkil İlham Qasımova bəraət istədi


25-11-2016, 19:28. Yerləşdirdi: sefa Vəkil İlham Qasımova bəraət istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xalqİnfo.az xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə müdafiə çıxışı olub.

İ.Qasımovun vəkili çıxış edərək onun barəsində bəraət hökmü verilməsini istəyib. İ.Qasımov da bununla razılaşdığını deyib.

İ.Qasımovun digər vəkili prosesdə iştirak etmədiyi üçün qeyri-müəyyən müddətə fasilə elan olunub

Qeyd edək ki, dövlət ittihamçısı İ.Qasımovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt