DataLife Engine > Kriminal, BLOK XƏBƏR > "Evlənmək üçün" qaçırdığı qızı zorladı-

"Evlənmək üçün" qaçırdığı qızı zorladı-


13-07-2014, 23:23. Yerləşdirdi: Tural "Evlənmək üçün" qaçırdığı qızı zorladı-
Bakıda sevdiyi oğlan tərəfindən qaçırılan qız polisə müraciət edib. Publika.az-ın məlumatına görə, Səbail rayon Polis İdarəsi 8-ci Polis Bölməsinə gələn Binəqədi rayon sakini, 1993-cü il təvəllüdlü Pəri Əmrahova (ad və soyad şərtidir) bildirib ki, tanışı Fərid adlı şəxs evlənmək məqsədi ilə onu qaçırıb.

21 yaşlı qız bildirib ki, Fərid onu Bayıl qəsəbəsində ünvanını dəqiq bilmədiyi mənzilə gətirib. Burada isə Pərini qaçıran oğlan zorla onunla cinsi əlaqədə olub.

Qadın bildirib ki, sevdiyi oğlanla könüllü şəkildə qaçsa da, onunla cinsi əlaqədə olmaq istəməyib və oğlan ona qarşı zor tətbiq edib. Hazırda faktla bağlı araşdırma aparılır.

Geri qayıt