DataLife Engine > Kriminal, Din > DİN reyd keçirdi

DİN reyd keçirdi


11-11-2016, 19:46. Yerləşdirdi: sefa DİN reyd keçirdi

Azərbaycan Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Lənkəran şəhərində dini ədəbiyyatların satışı ilə məşğul olan 3 mağazada müvafiq reydlər keçirib.

"Xalqİnfo" xəbər verir ki, Komitənin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, reydlər zamanı hər 3 mağazanın dini ədəbiyyatların satışını həyata keçirmək üçün DQİDK-dan razılıq əldə etmədiyi müəyyənləşib. Mağazaların ikisindən ümumilikdə müvafiq razılığı olmayan 93 nüsxə dini təyinatlı ədəbiyyat aşkarlanaraq müsadirə edilib. Hər iki mağaza barəsində qanunamüvafiq qaydada protokol tərtib olunub. Digər mağaza sahibinə isə şifahi xəbərdarlıq edilib. Mağaza sahibləri ilə müvafiq profilaktik söhbətlər aparılıb. Bu istiqamətdə müvafiq araşdırmalar davam etdirilir.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt