DataLife Engine > Kriminal > Bakıda axtarışda olan qadın tutuldu

Bakıda axtarışda olan qadın tutuldu


23-06-2014, 14:15. Yerləşdirdi: Tural Bakıda axtarışda olan qadın tutuldu
Bakıda axtarışda olan 3 nəfər tutulub. Onlardan biri başqasının avtomobilini ələ keçirməkdə ittiham olunan qadındır.

ANS PRESS-in Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Binəqədi Rayon Polis İdarəsi (RPİ) 6-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü Nigar Məmmədova tutulub.

N.Məmmədova barəsində Cinayət Məcəlləsinin (CM) 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə axtarış elan edilib.

Bundan əlavə paytaxtda CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan iki nəfər tutulub.

Belə ki, Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü Müşviq Kazımov, Nəsimi RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Elmin Babayev tutulublar.

Geri qayıt