DataLife Engine > Kriminal > Müəllimənin qulağından

Müəllimənin qulağından


18-06-2016, 07:47. Yerləşdirdi: Tural Müəllimənin qulağındanBakının Yasamal rayonunda soyğunçuluq hadisəsi baş verib.

Xalqinfo.az Lent.az-ın “musavat.com”-a istinadən verdiyi məlumata əsasən bildirir ki, hadisə rayonun Həsən Bəy Zərdabi küçəsindəki 87-ci binada qeydə alınıb. Bina sakini 66 yaşlı Tahirə Hüseynova evinə daxil olmaq istəyərkən naməlum şəxsin hücumuna məruz qalıb.

Uzun müddət ingilis dili müəllimi işləyən Tahirə Hüseynovanın sözlərinə görə, qəfildən ona yaxınlaşan şəxs anasından qalan sırğanı qulağından dartaraq hadisə yerindən qaçıb.

Yasamal Rayon Polis İdarəsi əməliyyatçılarının keçirdikləri əməliyyat nəticəsində soyğunçuluq hadisəsini törədən 37 yaşlı paytaxt sakini Rəşad Məlikov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.





Kainat Şirin




bXalqinfo.az
Geri qayıt