» » Bakıda 44 yaşlı kişini bıçaqlayan şəxsə 5 il həbs

Bakıda 44 yaşlı kişini bıçaqlayan şəxsə 5 il həbs

Bölmə: Kriminal
Bakıda 44 yaşlı kişini bıçaqlayan şəxsə 5 il həbsBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa zərər vurmaqda təqsirli bilinən Kürdəmir rayon sakini, 1984-cü il təvəllüdlü Əlipaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Xalqinfo.az lent.az-a istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Ə.Məmmədov 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, məlum olay bu il iyulun 8-də Şərifzadə küçəsində qeydə alınıb. Abşeron rayon sakini, 1970-ci il təvəllüdlü Elbrus Səfərov yaralı vəziyyətdə Klinik Tibbi Mərkəzə gətirilib. Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən 44 yaşlı Elbrus Səfərovu bıçaqlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, 1984-cü il təvəllüdlü Əlipaşa Məmmədov tutulub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler