» » Lerik sakini arvadını, qayınanasını və özünü öldürdü

Lerik sakini arvadını, qayınanasını və özünü öldürdü

Bölmə: Kriminal
Lerik sakini arvadını, qayınanasını və özünü öldürdü

Lerik rayonunda dəhşətli ailə faciəsi baş verib. Hadisə zamanı Lerik rayon sakini, 33 yaşlı Surətov Camaləddin Cəbrayıl oğlu şəxsi münaqişə zəminində qayınanası, 57 yaşlı Laləni və həyat yoldaşı, 24 yaşlı Məhsətini odlu silahla qətlə yetirib.

Qatil bundan sonra uşaqlarını özü ilə götürərək doğulub boya-başa çatdığı rayonun Pirzəküçə kəndinə yollanıb və daha sonra orada özünü də ölümcül yaralayıb. Xəstəxanaya çatdırılan Camaləddin Surətovun həyatını xilas etmək mümkün olmayıb.

Qətlin səbəbləri barədə hər hansı bir açıqlama verilmir.

Məlumata görə, qətl hadisəsini törədən şəxs Sumqayıt şəhərində işləyib, iki gün öncə isə ailəsinin yanına rayona qayıdıb.

Faktla bağlı Lerik rayon prokurorluğu və polis şöbəsində araşdırmalara başlayıblar. Ailə faciəsinin səbəblərini istintaq araşdırmaları müəyyən edəcək.ans

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler