» » Gəlininə sataşdı, oğlu güllələdi

Gəlininə sataşdı, oğlu güllələdi

Bölmə: Kriminal, Dünya

Gəlininə sataşdı, oğlu güllələdi


Türkiyənin Trabzon vilayətində ər həyat yoldaşına seksual xarakterli hərəkət edən atasını öldürüb.
XALQİNFO.AZ Anspress.com-a istinadən bildirir ki, Trabzonun Subaşı kəndində yaşayan 41 yaşlı Köksal Şəngül atası 66 yaşlı Müslüm Şəngülü həyat yoldaşına qarşı nalayiq hərəkətləri səbəbilə öldürüb və ötən gün keçirilən məhkəmə qərarı ilə 17,5 il həbs cəzasına məhkum edilib.

Ov tüfəngi ilə atasını öldürən oğul hadisədən sonra özü polisə gedərək təslim olub. Əvvəlcə haqında ömürlük həbs qərarı çıxarılsa da, sonradan məhkəmə heyəti "şəxsi cinayətə təşviqetmə" maddəsini nəzərə alaraq, cinayətkarın həbs müddətini azaltmağa qərar veriblər.

Köksal məhkəməyə aparılarkən, jurnalistlərin “niyə atanızı öldürdünüz?” sualına, “namus üstündə öldürdüm” – cavabını verib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler