» » Bakıda cərrahı qətlə yetirənlər məhkəmə qarşısında

Bakıda cərrahı qətlə yetirənlər məhkəmə qarşısında

Bölmə: Kriminal
Bakıda cərrahı qətlə yetirənlər məhkəmə qarşısındaBu gün Bakı Apelyasiya Məhkəməsində pul üstündə həkimi öldürməkdə təqsirli bilinən Yasin Ərəbov, Koroğlu Məmmədov və Türkan Bağırlının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. lent.az-ın məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin şikayəti üzrə məhkəmənin ilkin baxış iclası olub. Prosesdə tərəflərin apellyasiya şikayətlərinin dəlilləri müəyyən edilib. Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiriləndən sonra məhkəmə baxış iclası yanvarın 6-na təyin edilib.

Qeyd edək ki, ötən il mayın 25-də tibb elmləri namizədi, ürək-damar cərrahı, Tibb Universitetinin nəzdində fəaliyyət göstərən müalicə klinikasının kardiologiya şöbəsinin müdiri, 1977-ci il təvəllüdlü Cavid Həmişəyev Nərimanov rayonu, H.Əliyev küçəsi, ev 92, mənzil 8-də öldürülüb. Cavid Həmişəyev kirayə qaldığı evə yüngül həyat tərzi sürən və narkotik vasitə aludəçisi olduğu ehtimal olunan Türkan Bağırlı ilə gəlib.

Daha sonra isə iki nəfər evə gəlib və qətl hadisəsi baş verib. Mərhuma məxsus 90 NU 363 dövlət nömrə nişanlı “Mercedes MLK” markalı avtomobilin də yerində olmadığı müəyyənləşib. Avtomobil daxili işlər və prokurorluq orqanları əməkdaşları tərəfindən “20 Yanvar” dairəsində saxlanılıb. Avtomobildə olan şəxslər – Türkan Bağırlı, Yasin Ərəbov və Koroğlu Məmmədov tutulublar.

Onların cinayəti tamah məqsədilə törətdikləri məlum olub. Avtomobilə baxış zamanı isə mərhumun şəxsi əşyaları, sənədləri, Koroğlu Məmmədovun cinayəti törədəndə geyindiyi paltarlar, ümumilikdə 670 manat pul götürülüb. Qətldə istifadə olunan iki ədəd bıçaq isə Buzovna qəsəbəsindəki zibillik ərazisindən aşkarlanaraq maddi sübut kimi götürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Koroğlu Məmmədov 15 il, Yasin Ərəbov 15 il, Türkan Bağırlı 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verib. Koroğlu Məmmədov cəzasının yüngülləşdirilməsini istəyib. Digər təqsirləndirilən şəxslər günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyib.

Hökmdən Baş Prokurorluq da apellyasiya protesti verib. Prokurorluq Koroğlu Məmmədovun ömürlük azadlıqdan məhrum edilməsini tələb edib. Zərərçəkmiş tərəf də təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması ilə bağlı şikayət ediblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler