» » Ana qızı ilə saxlanıldı-

Ana qızı ilə saxlanıldı- 400 qram narkotiklə

Bölmə: Kriminal
Ana qızı ilə saxlanıldı-Son dövrdə Azərbaycan gömrük sərhədindən narkotik vasitələri keçirmək istəyən narkokuryerlər arasında qadınlara tez-tez rast gəlinir.


Xalqinfo.az bildirir ki, DGK-nın Mətbuat Xidmətindən qafqazinfo-ya daxil olan məlumata görə, bu günlərdə gömrükçülər daxili orqanlarında, ümumilikdə 400 qramdan artıq narkotik vasitəni ölkə sərhəddindən keçirmək istəyən daha 2 qadını saxlayıb. Fakt Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda aşkar edilib. İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan Respublikası vətəndaşları Şahsuvarova Fəridə Məmməd qızı və Şahsuvarova Səyyarə Elxan qızı saxlanılaraq onların üzərində müvafiq qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı Şahsuvarova Səyyarə Elxan qızından gömrük nəzarətindən gizlədilmiş uzunsov formalı bükümlərdə ümumi xalis çəkisi 149,038 qram narkotik vasitə-heroin və xalis çəkisi 3,971 qram psixotrop maddə-metamfetamin, Şahsuvarova Fəridə Məmməd qızından isə ümumi xalis çəkisi 251,688 qram narkotik vasitə-heroin aşkar edilərək götürülüb.

Faktla bağlı təəssüfdoğurucu hal isə ondan ibarətdir ki, Şahsuvarova Fəridə Məmməd qızı Şahsuvarova Səyyarə Elxan qızının anasıdır. Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler