Afətin ərinin həbs səbəbi məlum oldu
01 fevral 2022 11:07
Baxış: 228
Şərh: 0
Çap

Bir neçə gün öncə evlənən müğənni Afət Fərmanqızının həyat yoldaşının həbs edilmə səbəbi məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müğənninin əri Mamed Nanacanov vətəndaş Vaqif İsayevə hədə-qorxu gələrək ondan 200 min dollar tələb etməkdə ittiham olunur.
M.Nanacanov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilib. O, Xəzər Rayon Polis İdarəsi tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
|