Bakıda 40 yaşlı qadın bıçaqlandıBölmə: Kriminal
![]() Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Belə ki, 1980-ci il təvəllüdlü İmanova Gültəkin Məzahir qızı naməlum şəraitdə evdə bıçaqlanıb. Qadına ümumilikdə 4 bıçaq zərbəsi vurulub. Faktla bağlı araşdırma aparılır. |
|