» » Bakıdakı dəhşətli qətl millət vəkillərini də ayağa qaldırdı

Bakıdakı dəhşətli qətl millət vəkillərini də ayağa qaldırdı

Bölmə: Kriminal, BLOK XƏBƏR
Bakıdakı dəhşətli qətl millət vəkillərini də ayağa qaldırdı
İki insanın həyatına son qoymaq həddinə qədər çatdırılan mübahisənin səbəbləri ilə yanaşı son vaxtlar cəmiyyətdə artan aqressiya nə ilə bağlıdır və bunun qarşısını necə almaq olar?


“Xalqinfo” ans-ə istinadən xəbər verir ki, məsələyə Milli Məclisin deputatlari münasibət bildiriblər.

Millət vəkili Elmira Axundova: “ Maliyyə Nazirliyi müvafiq qurumlara - Təhsil, Səhiyyə Nazirlikləri, eləcə də ailə və qadın məsələləri ilə məşğul olan komitələrə vəsait ayrılsın. Bunun müqabilində onlar sosial roliklər hazırlasınlar ki, bu roliklər özəl telekanlarda nümayiş etdirilsin. Məsələn, Türkiyə və Rusiyada sosial roliklər vaxtaşırı nümayiş etdirilir. Nəticədə isə bu roliklərin çox böyük müsbət təsiri olur”.

Millət vəkili Fazil Mustafa: “Dəhşətli qətllərin sosial evlərin olmaması, eyni zamanda müəyyən dərəcədə problemli ailələrin sayının artmasıdır. Nəticədə bunlara da dövlətin müdaxilə imkanlarının məhdud olması ilə bağlıdır. Ailə və qadın məsələləri ilə məşğul olan müvafiq qurum bu məsələ ilə bağlı müxtəlif təkliflər hazırlamalıdırlar. Sahə müvəkkiləri bu məsələdə ciddi işlər görməlidirlər. Çünki ən azından qonşular tərəfindən hər bir kəsin problemli ailələr haqqında məlumatı olur. Və bu məlumatlar da analız edilərək hər halda profilaktik addımların atılması mümkündür”.

Qeyd edək ki, gecə paytaxın Suraxanı rayonunda dəhşətli qətl hadisəsi baş verib. Belə ki, qayınana gəlinini və 6 aylıq nəvəsini öldürüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler