» » Ana və qızının öldürüldüyü evin sahibi məmurdur

Ana və qızının öldürüldüyü evin sahibi məmurdur

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Ana və qızının öldürüldüyü evin sahibi məmurdur
Bakının Sabunçu rayonu ərazisində baş verən dəhşətli qətlin təfərrüatları məlum olub.

"Xalqinfo" Criminal.az-a istinadən xəbər verir ki, qətl Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 49A ünvanındakı "Uğur-2" yaşayış kompleksindəki mənzildə törədilib.

Mənzildə kirayə yaşayan ana və gənc qızı naməlum şəxs tərəfindən öldürülüb.

İlkin ehtimala görə, qətli ailənin oğlu törədib.

Meyitlər müayinə üçün məhkəmə-tibbi ekspertizasına aparılıb.

Qətl törədilən mənzil məmura - Sosial-müdafiə fondunun Xəzər rayon şöbəsinin Rafiq adlı əməkdaşına məxsusdur.

Qeyd edək ki, Baş Prokurorluq da hadisəylə bağlı məlumat yayıb. Bildirilir ki, faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Ana və qızının öldürüldüyü evin sahibi məmurdur
Ana və qızının öldürüldüyü evin sahibi məmurdur

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler