» » "3 uşağım var idi, onu sevəndən sonra ailəm dağıldı" -

"3 uşağım var idi, onu sevəndən sonra ailəm dağıldı" - qətl törədib, intihar etmək istəyən şəxs

Bölmə: Kriminal
"3 uşağım var idi, onu sevəndən sonra ailəm dağıldı" -




Sevgi münasibətində olduğu qadını qətlə yetirən şəxsin məhkəməsi keçirilib.


Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Fərhad Abuşovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, hadisə bu ilin iyun ayında Səbail rayonu Bayıl qəsəbəsində baş verib.

1981-ci il təvəllüdlü Mikayılova Kəmalə Hümmət qızı Arif İsmayılov küçəsində Fərhad Abuşov tərəfindən bıçaqlanıb. Kəmalə Mikayılova sürünərək qonşunun həyətinə keçib və orada vəfat edib. F.Abuşovla mərhum arasında sevgi münasibəti olub. Kəmalə Mikayılova ayrılmaq istəyərkən Abuşov tərəfindən qətlə yetirilib.

İttihamda göstərilir ki, F.Abuşov daha sonra yaxınlıqdakı Neftçi Qurban küçəsində tikilən çoxmərtəbəli binanın həyətində yerləşən kranın üstünə çıxaraq özünü öldürmək istəyib. Polis əməkdaşları tərəfindən aparılan profilaktik söhbətdən sonra o, intihar etmək fikrindən daşınıb və yerə düşüb. F.Abuşov saxlanılaraq istintaqa cəlb edilib.

Təqsirləndirilən şəxs özünü təqsirli bilib və əməlindən peşman olduğunu deyib. Abuşov ifadəsində bildirib ki, ilk ailə qurduğu qadından üç uşağı olub: "Kəmalə ilə münasibətim yarandı. Onu sevəndən sonra ailəm dağıldı".

K.Musayeva ona ayrılmaq istədiyini bildirdiyinə görə aralarında mübahisə yaranıb və ona bıçaq zərbələri vurub.

Məhkəmə araşdırması davam etdirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler