» » İş adamı sabiq məhkəmə sədrini niyə güllələdi? -

İş adamı sabiq məhkəmə sədrini niyə güllələdi? - Şok faktlar

Bölmə: Kriminal, BLOK XƏBƏR
İş adamı sabiq məhkəmə sədrini niyə güllələdi? -






Tovuz rayonunda sabiq məhkəmə sədri Firudin Ələkbərlinin güllələnməsi ilə bağlı yeni təfərrüat üzə çıxıb.

Bu barədə Axar.az-a danışan mənbə bildirib ki, Firudin Xalq Cəbhəsi dövründə Tovuz Rayon Məhkəməsində hakim kimi fəaliyyətə başlasa da, sonradan qeyri-qanuni sənədlərinə görə vəzifədən kənarlaşdırılıb.

Mənbə deyib ki, F.Ələkbərli uzun müddət vəkillik etsə də, vəkillər kollegiyasının üzvü ola bilməyib, qeyri-rəsmi vəkillik fəaliyyəti göstərib.

Qətldən 5-6 ay əvvələ qədər tərəflər arasında heç bir problem yaşanmayıb.

Mənbənin sözlərinə görə, iş adamı Əli Şəmiyev Tovuzda sayılıb-seçilən, hörmətli şəxslərdən biridir. Təxminən 5-6 ay əvvəl özünü jurnalist kimi təqdim edən 3 nəfər Ə.Şəmiyevin otelinə gedərək, ərazidə göl salınmasının düzgün olmadığını bildirib. Həmin 3 nəfərdən biri də Firudin Ələkbərli olub. F.Ələkbərli gölün içməli su hövzəsinin üstündə olduğunu əsas gətirərək, Ə.Şəmiyevdən qeyri-qanuni fəaliyyətinə görə pul tələb edib. Hətta F.Ələkbərli dəfələrlə sözügedən məsələ ilə bağlı ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazıb.

Ə.Şəmiyev isə qeyri-qanuni fəaliyyət göstərmədiyini bildirərək, pul verməkdən imtina edib.

“Sabiq məhkəmə sədri Ələkbərli Ə.Şəmiyevi o həddə çatdırıb ki, iş adamı bezib və onu güllələyib”, - mənbə bildirib.

Mənbənin sözlərinə görə, F.Ələkbərlinin vaxtilə iş adamına vəkillik etdiyinə görə ala bilmədiyi 5 min manatın müqabilində aralarında problem yaranması haqda yayılan məlumatlar həqiqətə uyğun deyil.

Qeyd edək ki, bu gün Tovuz rayonunda sabiq məhkəmə sədri Firudin Ələkbərli güllələnib. Report-un yaydığı məlumata görə, rayon sakini, 1963-cü il təvəllüdlü Ələkbərov Firudin Muxtar oğlunu həmyerlisi, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu güllələyib. F.Ələkbərli 3 güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən Ə.Şəmiyev polis tərəfindən saxlanılıb.

Məlumata görə, güllələnən F.Ələkbərli Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sabiq sədridir. O, 1995-ci ildə fəaliyyətində qanunun kobudcasına pozulmasına görə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler