» » Tovuzda güllələnən vəkil kimdir?

Tovuzda güllələnən vəkil kimdir?

Bölmə: Kriminal
Tovuzda güllələnən vəkil kimdir?




Xəbər verdiyimiz kimi, Tovuz rayonunda vəkil güllələnib. Firudin Ələkbərli naməlum şəraitdə odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb. O, Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xalqinfo.az sözügedən şəxsin kimliyi ilə bağlı araşdırma aparıb. Məlum olub ki, F.Ələkbərlinin adı bir çox qalmaqallı hadisələrdə hallanır. O, məhkəmlərdə vəkil kimi deyil, nümayəndə kimi çıxış edir.

Məlumatlarda bildirilir ki, Firudin Ələkbərli Tovuz rayon Xalq məhkəməsinin (indiki Tovuz rayon Məhkəməsi) sədri vəzifəsində çalışıb və fəaliyyətində qanunu kobudcasına pozduğuna görə 1995-ci ilin mayında Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin təqdimatını nəzərə alaraq, “Azərbaycan Respublikasının məhkəmə quruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 87-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq onu vəzifədən azad etmiş və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum etmişdir.

Keçmiş məhkəmə sədrinin hakimliyinə xitam veriləndən sonra, o, qatı müxalifətçi olub. F.Ələkbərov qatı müxalifətçi kimi çıxış edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler