» » Bakı sakini qardaşını öldürdü —

Bakı sakini qardaşını öldürdü — 3 toyuğa görə

Bölmə: Kriminal
Bakı sakini qardaşını öldürdü —




Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirli bilinən Ağamalı Xaləddin oğlu Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xalqinfo.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. İttiham nitqini söyləmək üçün prokuror məhkəmədən vaxt istəyib.

Proses sentyabrın 6-dək təxirə salınıb.

İttihama görə, qətl hadisəsi 2018-ci ilin oktyabrında paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsi Zeytun sovxozu adlanan ərazidəki həyət evində baş verib. 19 yaşlı Ağamalı Kərimov özündən bir yaş böyük qardaşı Ədil Kərimovla yaşadıqları evdə anasının yanında mübahisə edib.

Mübahisə zamanı Ağamalı Kərimov qardaşına kürək nahiyəsindən bir bıçaq zərbəsi vurub. Çoxlu qan itirdiyindən Ədil Kərimov elə hadisə yerindəcə ölüb. Dərhal mərhumun anası qonşulara və polisə məlumat verib.
Araşdırma zamanı məlum olub ki, Ədil Kərimovun kürək nahiyəsindən döş qəfəsinə daxil olan kəsici alət ürəyini zədələyərək onun ölümünə səbəb olub.

Polis əməkdaşları hadisədən sonra əməliyyat-axtarış tədbirləri ilə Ağamalı Kərimovu saxlayıblar.

İlkin ifadəsində o, qardaşı ilə 3 toyuq üstündə mübahisə etdiyini və hadisənin də bu zaman olduğunu etiraf edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler