» » Bıçaqlanan bacılarla bağlı açıqlama

Bıçaqlanan bacılarla bağlı açıqlama

Bölmə: Kriminal
Bıçaqlanan bacılarla bağlı açıqlama




Binəqədi rayonunda ailə münaqişəsi zəminində bıçaqlanan bacıların həyati təhlükəsi yoxdur.


Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, 30 yaşlı Ruhəngiz Mahmudova və 32 yaşlı Roza Mahmudova gecə saatlarında çoxsaylı bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlər hər iki yaralıya bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar. Xəstələrə lazımı tibbi yardım göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir. Həyatları üçün təhlükə yoxdur.

Xatırladaq ki, İmişli rayon sakini Samir Quliyev yoldaşı Ruhəngiz Mahmudovaya 14, baldızı Roza Mahmudovaya isə 5 bıçaq zərbəsi vuraraq ərazidən qaçıb.

Binəqədi RPİ-nin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler