» » Keçmiş hakim məhkəmə önündə

Keçmiş hakim məhkəmə önündə

Bölmə: Kriminal
Keçmiş hakim məhkəmə önündə




Şəki Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Zaqatala Rayon Məhkəməsinin keçmiş hakimi Arif İsmayılov, onun məsləhətçisi Şahid Allahverdiyev və Vəkillər Kollegiyasının üzvü olmuş Məmməd Yaqubovun məhkəməsi davam edir.

“Xalqinfo”nun verdiyi xəbərə görə, hakim Nahid Mirzəyevin icraatında olan prosesdə baxış iclası keçirilib.

Dövlət ittihamçısı çıxış edərək ittiham aktını elan edib. İttihama görə, Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılov, məsləhətçisi Şahid Allahverdiyev və vəkil Məmməd Yaqubovun vasitəsilə məhkəmənin icraatında olan mülki iş üzrə tərəflə qeyri-prosessual münasibətlər yaradaraq rüşvət tələb etmələri müəyyən edilib.


Növbəti iclas avqustun 1-də keçiriləcək.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən A.İsmayılova Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma), Ş.Allahverdiyevə isə 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qanunvericiliyin tələblərini kobud pozmasına və korrupsiyaya şərait yaradan hallara görə Zaqatala Rayon məhkəməsinin hakimi Arif İsmayılovun səlahiyyətlərinə xitam verilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler