» » Bakıda dəhşət: Gəlin qayınatasını öldürdü -

Bakıda dəhşət: Gəlin qayınatasını öldürdü - İrad bildirdiyinə görə

Bölmə: Kriminal, BLOK XƏBƏR
Bakıda dəhşət: Gəlin qayınatasını öldürdü -



İstintaq Bakıda qətldə şübhəli bilinənlərin yalanını ifşa edib.

Söhbət Biləcəri qəsəbə sakini 61 yaşlı Əfzələddin Səmədovun qətlindən gedir. O, iyunun 12-də sinə və kürək nahiyələrində iki bıçaq yarası ilə gətirildiyi 1 nömrəli Kliniki Tibbi Mərkəzin həkimlərinin səylərinə baxmayaraq, həyatını itirib.

Binəqədi rayonu hüquq-mühafizə orqanlarından Xalqinfo.az-a verilən məlumata əsasən, istintaq tərəfindən dindirilən Səmədovun qohumları Ə.Səmədovun intihar etdiyini bildiriblər.

Onların sözlərinə görə, mərhum özü sinə nahiyəsinə bıçaq xəsarətləri yetirib. Qohumlar kürək nahiyəsində qeydə alınmış yaraları bıçağın tiyəsinin uzun olması ilə izah ediblər.

Lakin məhkəmə-tibbi ekspertizanın rəyi şübhəlilərin yalanını ifşa etməyə imkan verib. Belə ki, ikinci bıçaq zərbəsi kürək nahiyəsinə vurulub və belə olan halda intihar versiyası öz təsdiqini tapmayıb.

Sonradan məlum olub ki, qətlə yetirilmiş şəxsin gəlininin (etik qaydalara görə adı açıqlanmır) cinayətdə əli var. Məlum olub ki, Səmədov sərxoş vəziyyətdə qadına yersiz irad tutub. Nəticədə gəlin qayınatasını bıçaqlayıb. Qadın saxlanılıb, o, törətdiyi əməli etiraf edib.

Fakt üzrə araşdırma davam edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler