» » Fəxrəddin Abbasov istintaq təcridxanasından qaçırıldı

Fəxrəddin Abbasov istintaq təcridxanasından qaçırıldı

Bölmə: Kriminal
Fəxrəddin Abbasov istintaq təcridxanasından qaçırıldı
Ötən il Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında Rusiyada saxlanılan talış separatçısı Fəxrəddin Abbasov (Faxrodin Aboszoda) Lyubertsı şəhər İstintaq Təcridxanasından “yoxa çıxıb”.

Xalqinfo.az femida.az-a istinadən xəbər verir ki, bu haqda “Amnesty İnternational” beynəlxalq insan haqlarını müdafiə təşkilatındakı mənbə bildirib. Daha sonra Abbaszadənin vəkili məlumatı təsdiqləyib.

F.Abbaszadə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən bir sıra ağır cinayətlərdə, o cümlədən konstitusion quruluşu zorakı yolla dəyişdirmək çağırışlarında ittiham olunur. Bu separatçı Ermənistan xüsusi xidmət orqanları və Rusiyadakı erməni dairələri ilə sıx bağlıdır, onlarla əməkdaşlıq edərək Azərbaycana qarşı neçə ildir separatçı-qızışdırıcı fəaliyyətlə məşğul olurdu. Nəhayət 2018-ci ilin sentyabrında Rusiya hüquq-mühafizə orqanları Moskva ətrafındakı Lyubertsı şəhərində onu saxladı və barəsində həbs qətimkan tədbiri seçdi. Lakin Abbaszadənin Azərbaycana ekstradisiyası müəmmalı şəkildə ləngiyirdi. Ermənilər isə onun azadlığa buraxılması üçün geniş kampaniya aparmaqda idi.

Məlumata görə, fevralın 27-də səhər saatlarında Abbaszadənin saxlanıldığı təcridxanaya hansısa adamlar gəliblər və ona Baş prokurorluğun məktubunu təqdim ediblər. Məktubda Abbaszadənin azad edilməsi qərarı yer alırmış. Gələnlər onu özləri ilə aparıblar, amma Abbaszadənin şəxsi əşyaları təcridxanada qalıb.

Abbaszadənin işi üzrə məhkəmə iclası fevralın 28-nə təyin edilmişdi və onun yerini müəyyən etmək mümkün olmadığından iclas martın 18-nə təxirə salınıb. Hazırda Abbaszadənin yeri barədə heç nə məlum deyil.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler