» » Bakıda sabiq hakim məhkəmə zalında həbs olundu

Bakıda sabiq hakim məhkəmə zalında həbs olundu

Bölmə: Kriminal
Bakıda sabiq hakim məhkəmə zalında həbs olundu



Nəsimi Rayon Məhkəməsində dələduzluqda və rüşvətə təhrik etmədə ittiham olunan Tamerlan Zeynalovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbslə əvəz edilməsi ilə bağlı vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin edib və T.Zeynalov məhkəmə zalında həbs edilib.

İttihama əsasən, T.Zeynalov Asif Bağırovun etibarından sui-istifadə edərək, ondan 20 min manat pul alıb.

Xatırladaq ki, T.Zeynalov Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb. Hazırda Vəkillər Kollegiyasının üzvü olan T.Zeynalov 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərirdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler