» » İki məhbus həbsxanadan qaçdı -

İki məhbus həbsxanadan qaçdı - Afinada

Bölmə: Kriminal
İki məhbus həbsxanadan qaçdı -




Afinanın Koridallos həbsxanasından iki məhbus qaçıb.

Unikal.org RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın Ədliyyə Nazirliyi məlumat yayıb.

"Yanvarın 2-si səhər Koridallos istintaq təcridxanasından iki məhbusun qaçışı baş verib, yunan polisi onların axtarışı ilə məşğuldur", - deyə məlumatda bildirilir.

Məlumata görə, həbsxanadan qaçanlar alban əsilli iki qardaşdır. Onlar yaşlı insanlara qarşı silsilə qarət əməllərinə görə həbs olunublar. Qardaşlar əvvəlcə qaldıqları otağın dəmir qəfəsini mişarla kəsiblər, daha sonra həbsxananın daxili həyətinə çıxmağa, oradan isə çanta hissələrindən hazırlanmış kəndirə qarmaq taxaraq hasarı aşmağa müvəffəq olublar.

Daha əvvəl Fransada məhbus kəndir nərdivanla həbsxanadan qaçıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler