» » 3.4 milyonluq dələduzluqla bağlı məhkəmə keçirildi

3.4 milyonluq dələduzluqla bağlı məhkəmə keçirildi

Bölmə: Kriminal
3.4 milyonluq dələduzluqla bağlı məhkəmə keçirildi





Bakı Ağır Cinayətlər Məhkəməsində 3,4 milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən Emil Xəlilovun məhkəməsi keçirilib.

“Xalqinfo”nun verdiyi xəbərə görə, hakim Ənvər Seyidovun icraatında olan prosesdə baxış iclası baş tutub.

“Rich” firmasının təsisçisi, bu işdə zərərçəkmiş olan İbrahim Səfərov deyib ki, E.Xəlilova xaricdən şəkər tozu gətirmək üçün pul verib: “Emil Xəlilov xaricdən şəkər tozu gətirib o zaman Ticarət Nazirliyinin balansında olan “Azərbaqqaliyə” TTK-ya verirdi. Mən də pulumu qazancı ilə birlikdə oradan alırdım. Lakin sonuncu dəfə isə pulu ödədikdən sonra şəkər tozunu gətirmədi. Mənə 675 min manat ziyan vurub, pulu ödəməsini tələb edirəm”.

Proses dekabrın 6-da davam etdiriləcək.

E.Xəlilov həm də dövlətə pul “atmaq”da ittiham edilir. O, rəhbərlik etdiyi şirkətlərlə dövlətin “Azərbaqqaliyə” TTK orqanı arasında müqavilə bağlayıb və ölkəyə şəkər tozu gətirəcəyini vəd edib. Lakin dövlət onun şirkətlərinə pulu köçürdükdən sonra vədinə əməl etməyərək dövlətə bir neçə milyon manat pul “atıb”. “İnterpol” tərəfindən axtarışda olan E.Xəlilov 2018-ci ilin avqust ayında Ukraynada saxlanılıb və Azərbaycana ekstradisiya edilib.

E.Xəlilov Lotu Qulinin yaxın köməkçisi kimi tanınıb. Onun kriminal aləm üzvləri ilə yaxınlığını saxlanıldığı zaman Ukraynanın baş nazirinin müavini Yevgeni Yenin də təsdiqləyib.

Yenin o zaman mətbuata açıqlamasında bildirmişdi ki, azərbaycanlı “narkobaron” Ukraynada saxta sənədlərlə yaşayıb və Cənubi Amerikadan Avropaya narkotik daşıyan cinayətkar qrupa rəhbərlik edib. E.Xəlilov saxlanılmadan bir müddət əvvəl oğru aləmində ad alıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler