» » Vəkil Sahib İbrahimovun həbsini tələb etdi

Vəkil Sahib İbrahimovun həbsini tələb etdi

Bölmə: Kriminal
Vəkil Sahib İbrahimovun həbsini tələb etdi





Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Sahib İbrahimovun məhkəməsi keçirilib.

“Xalqinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə hazırlıq iclası davam etdirilib. Ötən iclasda S.İbrahimovun vəkili iştirak etmədiyi üçün təxirə salınmışdı.

Bugünkü iclasda zərərçəkimiş Etibar Allahverdiyev mülki iddia qaldıraraq maddi ziyana görə ona 162 min 400 dollar, mənəvi ziyana görə isə 50 min manat ödənilməsini tələb edib. Məhkəmə mülki iddianı icraata götürüb və hökmdə bununla bağlı qərar veriləcək.

E.Allahverdiyevin vəkili Xəqani İmanov vəsatət verərək ev dustaqlığında olan S.İbrahimovun həbs olunmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib. Cinayət işi məhkəmə baxışına verilib.

Proses dekabrın 5-də davam etdiriləcək.

S.İbrahimov 52 vətəndaşa “mənzil dələduzluğu” yolu ilə 3 milyon manat “atmaq”da, 1,5 milyon manat pulu vergidən yayındırmaqda, qanunsuz sahibkarlıqla məşğul olaraq 1 milyon manat gəlir əldə etməkdə təqsirləndirilir.

S.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler