» » Xızıda mal-qara oğruları tutulub

Xızıda mal-qara oğruları tutulub

Bölmə: Kriminal
Xızıda mal-qara oğruları tutulub




DİN Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan Musavat.com-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ağdərə kəndi yaxınlığında yerləşən fermaların birindən 29 baş iri buynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə 30.000 manata qədər maddi ziyan vuran iki şəxs saxlanılıb.

Araşdırmalarla onların Abşeron rayonu Ceyranbatan qəsəbə sakinləri Xətai Ələkbərli və Vicay Təhməzov olduqları müəyyən edilib.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayəti etiraf edərək, iri buynuzlu heyvanları satmaq məqsədi üçün oğurladıqlarını bildiriblər. Oğurlanmış 29 baş iri buynuzlu heyvan maddi sübut kimi polis əməkdaşları tərəfindən aşkar edilərək zərərçəkmişə qaytarılıb.

Faktla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda cinayət işi açılıb, onların başqa oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler