» » Qanunsuz fəaliyyətinə görə bloklanmış criminal.az saytının baş redaktoru Anar Məmmədov həbs oluna bilər

Qanunsuz fəaliyyətinə görə bloklanmış criminal.az saytının baş redaktoru Anar Məmmədov həbs oluna bilər

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Qanunsuz fəaliyyətinə görə  bloklanmış criminal.az saytının baş redaktoru Anar Məmmədov həbs oluna bilər
Bloklanmış criminal.az saytının baş redaktoru Anar Məmmədov həbs olunmaq üzrədir . Baş redaktor Beyləqan rayonunun Təzəkənd kənd məktəbində müəllimə işləyən Gülnar Novruz qızı Yusifovanın şikayəti əsasında cərimələnib.

Xalqinfo.az xəbər verir ki,Gülnar Yusifova bir neçə saytla yanaşı, Anar Məmmədovu da məhkəməyə verib. Gülnar Yusifova iddia edib ki, "ajan.tv” saytında yer alan məlumatlar onun şərəf və ləyaqətini alçaldıb. İddiaya səbəb olmuş məlumat 2016-cı ilin sentyabrında "ajan.tv”də yayımlanıb. Həmin məlumat criminal.az saytında "ajan.tv”yə istinadla yayılıb.

İddiaya ilkin olaraq Beyləqan rayon Məhkəməsində baxılıb.
A.Məmmədov bildirib ki, İlkin mənbə, yəni "ajan.tv”-nin təmsilçilərinin, nümayəndələrinin iştirakı olmadan çıxarılan qətnamə ilə barəmizdə 40 min manat cərimə cəzası kəsildi. Həmin qətnamədən Şirvan Apellyasiya Məhkəməsinə şikayət verdik. Apellyasiya instansiyasında hakim Tofiq Heydərov da ilkin mənbənin "ajan.tv” olmasına əhəmiyyət vermədi. Qətnamə qüvvədə saxlanıldı. Ümidimiz Ali Məhkəməyə idi. Düşünürdük ki, bu məhkəmə instansiyası adına uyğun – ali bir qərar verəcək, dürüst, doğru araşdırma sonucu olaraq müvafiq qiymətləndirmə aparacaq. Olmadı. Sanki iş üzrə bütün instansiyaların hakimləri KİV haqqında qanundan xəbərsizdirlər”.

Baş redaktor deyib ki, artıq iddia üzrə icra işi başlanıb. Məhkəmə icraçıları 40 min manatı könüllü şəkildə ödəməsi üçün baş redaktora vaxt verib: "Həmin məbləği ödəmək imkanım yoxdur. Qərarı icra etməsəm, həbs ediləcəyimlə bağlı xəbərdarlıq almışam. Vəkillərlə məsləhətləşmə aparıb, işi Avropa Məhkəməsinə göndərmişik. Eyni zamanda Azərbaycanın Ali Məhkəməsinin çıxardığı qərar üzrə icra işi başlayıb. Sayt bloklanmış durumdadır, heç bir gəlir gətirmir. Saytın baş redaktoruyam, üzərimə böyük bir cərimə qoyulub. Həmin cərimə 10 dəfə az olsaydı belə, ödəmək maddi imkanlarım xaricindədir”.

Xatırladaq ki, criminal.az saytı Gəncə hadisələrindən sonra bloklanıb.

Yayda Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsdlə əlaqədar bəzi informasiya resursları ilə bağlı hüquqi tədbirlərin görüldüyünü bildirmişdi. Prokurorluğun açıqlamasında vurğulanırdı ki, Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü ( vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlanıb. Həmin vaxt kriminal.az saytı da "çağırış xarakterli, ictimaiyyəti çaşdıran" məlumatlar yayıb.

Qeyd etmək lazımdır ki, bloklanmış criminal.az saytının baş redaktoru Anar Məmmədov dəfələrlə qanuna uyğun olmayan fəaliyyətinə görə Mətbuat Şurasının qara siyahısına düşüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler