» » Kriminal avtoritetin həbs müddəti uzadıldı

Kriminal avtoritetin həbs müddəti uzadıldı

Bölmə: Kriminal
Kriminal avtoritetin həbs müddəti uzadıldı
Nərimanov Rayon Məhkəməsində Cəlilabad rayonunda kriminal aləmdə "Şahin" kimi tanınan rayon sakini Şahin Həsənov, onun qardaşı Səxavət Həsənov və İlqar Həsənovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimata baxılıb.

Xalqinfo.az report-a istinadən bildirir ki, hakimGültəkin Əsədovanınsədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, istintaq orqanının təqdimatı təmin edilib. Hər üç şəxsin həbs müddəti daha 3 ay artırılıb.

Qeyd edək ki, silahlı insident iyunun 7-də Cəlilabad rayon sakinləri arasında baş verib. Naməlum şəxslər Cəlilabad şəhər sakini Ş.Həsənovun yaşadığı evin qarşısına gələrək odlu silahdan giriş qapısına və divarlarına atəş açıb və hadisə yerindən qaçaraq uzaqlaşıblar.

Cəlilabad rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kriminal aləmdə "Şahin" kimi tanınan rayon sakini, 1961-ci il təvəllüdlü Şahin Əliqulu oğlu Həsənov, onun qardaşı S.Həsənov və qarşı tərəfdən isə İ.Həsənov saxlanılıb.


Şəfa Rasimqızı
www.xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler