Prokuror Fədayə Laçına cəza istədi - 6ilBakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Xalqinfo.az-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror Orxan Kəngərli çıxış edib. O deyib ki, təqsirləndirilən şəxslərin cinayəti məhkəmə istintaqı zamanı tam sübuta yetirilib. Prokuror Ceyhun Səmədovun 10 il, Fuad Hacıyevin 8 il 6 ay, Tural Poladxanovun 8 il 6 ay, Bəhruz Abdullayevin 10 il, Əli Ağaminin 20 il, Məhəmməd Hacıyevin 8 il, Günay Atakişiyevanın 7 il, İsrafil Soltanovun 8 il, Şahlar Bəyəlizadənin 8 il, Anar Əsgərovun 8 il, Tərlan Zeynalovun da 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror müğənni Fədayə Laçının isə 6 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Şəfa Rasimqızı www.xalqinfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|