» » Rüfət Aslanlının “Bank Standard” əməliyyatı - Milyonlar necə mənimsənilib?

Rüfət Aslanlının “Bank Standard” əməliyyatı - Milyonlar necə mənimsənilib?

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Rüfət Aslanlının “Bank Standard” əməliyyatı - Milyonlar necə mənimsənilib?
Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş rəhbəri Rüfət Aslanlının irimiqyaslı korrupsiya əməllərinə və oğurladığı pullar hesabına dəbdəbəli həyat tərzi keçirməsinə dair yeni sensasion faktlar, sənədlər üzə çıxıb.

Xalqinfo.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu sənədlərə əsasən Aslanlının sürətlə varlanaraq multimilyonçuya çevrilməsinin səbəblərindən birini də 2016-cı ildən Maliyyə Bazarlarına Nəzarət Palatasının birbaşa idarəçiliyinə keçən “Bank Standard”ın xilas edilməsi adı altında dövlət vəsaitlərinin talanmasında axtarmaq lazım gəlir.

Rüfət Aslanlının “Bank Standard” əməliyyatı - Milyonlar necə mənimsənilib?

Qeyd edək ki, bank hələ 2015-ci ildən böhran siqnalları verirdi və əmanətçilərin pullarını geri qaytarmağı dayandırmışdı. 2016-cı ili ortalarında Aslanlının palatası bank üzərində birbaşa idarəçilik tətbiq etdi. Şübhə yoxdur ki, həmin vaxt Rüfət Aslanlı bankın göstəriciləri barədə tam məlumatlı idi. Buna baxmayaraq həmin ilin mayında elan etmişdi ki, bankı xilas etmək mümkündür və mühümdür. Çünki bank sektorunun özəyini təşkil edən banklardan biridir.

Beləliklə, R.Aslanlı hökuməti inandıra bildi ki, bankı “sağlamlaşdırmaq” üçün vəsait ayırmağa dəyər. Nəticədə Mərkəzi Bank “Bank Standard”a 115 milyon manat ayırmağı qərara aldı. Həmin vaxt ölkə rəhbərliyi bank sektorunda yaranmış böhranın aradan qaldırılması üçün Aslanlıya böyük ümidlər bəsləyirdi, amma o özünün avantürist tryukunu işə salaraq “Bank Standard”ı sağlamlaşdırmaq adı altında 40 milyon dollar mənimsəyib.

Rüfət Aslanlının “Bank Standard” əməliyyatı - Milyonlar necə mənimsənilib?

Məsələ bundadır ki, banklar haqqında qanuna görə hər hansı bankın sağlamlaşdırılmasına dair qərarı Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında Nazirlər Kabineti qəbul etməlidir. İndiki halda isə bu qərarı nəyə görəsə Palata özü qəbul edib, Maliyyə Nazirliyi ilə razılaşdırmaqla. Nazirlər Kabinetinin “Bank Standard”a dair qərarı yoxdur. Buna baxmayaraq Aslanlı qərar vermişdi ki, bankın sağlamlaşdırılması prosesində əmanətçilər pullarını geri tələb edə bilməzlər.

Sonrası isə daha betərdir. Bankın sağlamlaşdırılmasına dair qərar verilsə də belə məlum olurdu ki, Aslanlının “Bank Standard”ı necə xilas edəcəyi barədə heç bir planı mövcud deyildi. O, sifətinə ağıllı görkəm verərək belə plan üzərində iş getdiyi barədə bank bağlanana qədər görüntü yaratmağa çalışdı. Və günlərin birində yenə də sifətində həmin ağıllı ifadə ilə çıxıb elan etdi ki, bankı xilas etmək mümkün deyil və onu bağlamaq qərara alınıb.

Bəs Mərkəzi Bankdan ayrılan həmin məqsədlə ayrılan 115 milyon manat hara getdi? Aslanlının özünün dediyi kimi 15 milyon manat həcmində birinci tranş tamamilə əmanətçilərin tələblərinin yerinə yetirilməsinə xərclənib, 43 min əmanətçinin tələbi ödənilib. Lakin bu rəqəmi tanınmış ekspert, “Bank Standard”ın fiziki şəxslər olan 44 min əmanətçinin hüquqlarını müdafiə edən, bankın Kreditorlar Komitəsinin rəhbəri Əkrəm Həsənov tamamilə təkzib edir. “Həmin əmanətçilərə 15 milyon manatdan bir qəpik də çatmayıb”-o deyir.

Rüfət Aslanlının “Bank Standard” əməliyyatı - Milyonlar necə mənimsənilib?

İkinci tranşda isə “Bank Standard” Mərkəzi Bankdan qalan 100 milyon manatı alıb. Bizim Rufik bu dəfə iddia edib ki, həmin vəsaitin 60 milyon manatı fiziki şəxslərin əmanətlərinin qaytarılmasına yönəldilib. Lakin Əkrəm Həsənovun müdafiə etdiyi əmanətçilər bu dəfə də heç nə almayıblar. O zaman bu 75 milyon manat haradadır?

Ə.Həsənov təxmin edir ki, həmin pulları bankın iri əmanətçiləri arasında bölüblər, əvəzində Aslanlı sanballı “otkat” alıb. Bank çevrələrindəki mənbələrdən deyiblər ki, Rüfət Aslanlı təkcə “Bank Standard”dan 40 milyon manat əldə edib, amma həmin bankı talayan digərlərindən, o cümlədən “Çudo Peçka” mağazalarının sahibindən fərqli olaraq Aslanlı azadlıqdadır.

Ən başlıcası budur ki, dövlət həmin pulları bankın əmanətçilərinin pullarını qaytarmaq üçün deyil, onun əməliyyat fəaliyyətini qaydaya salmaq üçün ayırmışdı. Əmanətçilərin pulları isə bankın gəlirlə işləməyə başlamasından sonra qaytarıla bilərdi. Amma Aslanlı milyonları mənimsəmək üçün pulları dərhal iri əmanətçilərlə bölüşdürməyə başlayıb.

Lakin bunlar hələ hamısı deyil. Sayt Rüfət Aslanlının “Bank Standard”ın müflisləşməsi və bağlanması prosesində mənimsədiyi pullarla bağlı sensasion sənədlər əldə edib. Bu sənədlərə əsasən Rüfət Aslanlı bir neçə yaxınlarının adlarını “Bank Standard”ın əmanətçiləri siyahısına yazıb və Əmanətlərin Sığortalanması Fondundan onlara yüz minlərlə manat ödənilməsini təmin edib. Həmin şəxslərin adları aşağıda təqdim etdiyimiz sənədlərdə qırmızı haşiyəyə alınıb. Başqa sözlə, bu şəxslər bankın əmanətçiləri olmadıqları halda Əmanətlərin Sığortalanması Fondundan böyük məbləğlərdə pullar alıblar. Əlbətdə, pullar Rüfət Aslanlının cibinə gedib.

Digər sensasion fakt bundan ibarətdir ki, əmanətçilər “Bank Standard”a pullarını illik 10.11 faizlə yatırıblar. Lakin bankın ləğvetmə komissiyasının rəhbəri kimi Rüfət Aslanlı əmanətçilərə pulları illik cəmi 3 faizlə qaytarmağı rəsmiləşdirib. Aradakı 8 faizlik fərq, yaxud milyonlarla manat əlbətdəki, Aslanlının cibinə gedib.

“Bank Standard”ın ləğvi prosesində ekspertlər və bankın rəhbərliyinə daxil olan şəxlər bildirmişdilər ki, əmanətçilərin vəsaitlərini qaytarmaq üçün 462 milyon manat vəsait lazımdır. Lakin Rüfət Aslanlı dövlət büdcəsindən 565 milyon manatın ayrılmasına nail olub. Aradakı fərq-103 milyon manatın bir qismi isə bu korrupsioner məmur tərəfindən Əmanətlərin Sığortalanması Fondu üzərindən mənimsənilib. Mənimsəmə sxemlərindən biri də yuxarıda qeyd olunduğu kimi, bankda əmanəti olmayan müxtəlif şəxslərin adlarını əmanətçilər siyahısında göstərmək və onların adına iri məbləğlərdə depozitlər rəsmiləşdirmək idi.

Əlbətdə, korrupsiya yolu ilə sürətlə varlanan R.Aslanlı kralsayağı həyat tərzi keçirirdi və onu tanıyanların dediyinə görə gündəlik xərcləri on minlərlə manat təşkil edirdi. O cümlədən Rüfət Aslanlı korrupsiya yolu ilə çırpışdırdığı vəsaitlər hesabına xarici səfərləri zamanı günü minlərlə avroluq otellərdə qalıb, o cümlədən həmin pullara Böyük Britaniyada daşınmaz əmlak alıb. 2016-cı ilin avqust, sentyabr və oktyabr aylarında Rüfət Aslanlı tez-tez Londonda peyda olub.

Məsələn, sənədlərdən görünür ki, Rüfət Aslanlı 2016-cı il avqustun 15-də və 19-da Londondakı “Windsor Suite” otelində iki gün qalıb, hər dəfə üçün 3600 avro ödəyib. Ödəmə üçün Aslanlı “Lloyds Bank PLS”dəki hesabından istifadə edib. Həmin il avqustun 29-da və sentyabrın 4-də Aslanlı Hitrou aeroportunda yerləşən həmin oteldə yenə də 1 gün üçün 3600 avro məbləği ödəyib.

2016-cı il oktyabrın 30-dan noyabrın 1-nə dək olan bir sutka üçün Aslanlının yenə də “Windsor Suite” otelinə 4300 avro ödədiyi görünür.

Ehtimal var ki, bu dalbadal səfərlər korrupsiya yolu ilə əldə edilmiş pulların “yuyulması”, hansısa aktivlərə və offşor hesablara yatırılması üçün edilmişdi.

Rüfət Aslanlının “Bank Standard” əməliyyatı - Milyonlar necə mənimsənilib?
Rüfət Aslanlının “Bank Standard” əməliyyatı - Milyonlar necə mənimsənilib?
Rüfət Aslanlının “Bank Standard” əməliyyatı - Milyonlar necə mənimsənilib?
Rüfət Aslanlının “Bank Standard” əməliyyatı - Milyonlar necə mənimsənilib?
Rüfət Aslanlının “Bank Standard” əməliyyatı - Milyonlar necə mənimsənilib?
Rüfət Aslanlının “Bank Standard” əməliyyatı - Milyonlar necə mənimsənilib?
Rüfət Aslanlının “Bank Standard” əməliyyatı - Milyonlar necə mənimsənilib?
Rüfət Aslanlının “Bank Standard” əməliyyatı - Milyonlar necə mənimsənilib?

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler